YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafımız daimidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Suraxanı rayonu, Əmircan qəsəbəsində bir qrup veteranla görüşü keçirilib.

Deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının xalqın inam və etibarını qazandığını deyib. Qeyd olunub ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün parlament seçkilərində YAP-ın qələbəsi olduqca zəruridir: “Xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, Milli Məclisə keçiriləcək seçkilərdə bu möhtəşəm siyasətin davamına səs verməlidir”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, şəhid ailələrinə, qazilərə, veteranlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib.

Görüşdə veteranları narahat edən müxtəlif məsələlər, təklif və müraciətlər də dinlənilib.

Veteranlar 1 sentyabr seçkilərində yenidən Afət Həsənovaya etimad göstərərək səs verəcəklərini vurğulayıblar.