YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın uğurları davamlıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Hövsan qəsəbəsində Elman Qasımov, İlqar Əhlimanov və  Baxça küçələrində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə hədəflənmiş müstəqil və uzaqgörən siyasəti möhtəşəm uğurlarla müşayiət olunur.

Tədbirdə çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqda geniş məlumat verib və bildirib ki, “Yeni dövrə yeni Azərbaycanla” şüarı ölkəmizin, dövlətimizin yeni bir dönəmə qədəm qoyduğunu və bu dönəmdə də böyük və uğurlu işlərə doğru addımlayacağını ehtiva edir.

Sevinc Fətəliyeva seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak etməyə dəvət edib.

Görüşlər zamanı seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.

Qeyd edək ki, görüşlər çərçivəsində  20 Yanvar hadisəsi zamanı şəhid olmuş İbiş Məmmədovun xatirəsinə ucaldılmış abidə ziyarət olunub, şəhidin ruhuna dualar oxunub. Deputatlığa namizəd S. Fətəliyeva şəhidin anası Zərri Babayeva ilə də görüşüb.