Seçki-2024
Partiyamızın yolu uğurlarla zəngindir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədi Ramil Rüstəmovun seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov seçkilərin əhəmiyyətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının ölkəmizə mühüm uğurlar qazandırdığını və qarşıda önəmli hədəflərin dayandığını diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Ramil Rüstəmov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Namizəd R.Rüstəmov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında müstəsna xidmətlər göstərib: “Partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, həmçinin, ziyalılar, Vətəninə, millətinə bağlı insanlar YAP-da təmsil olunurlar”.
Çıxışının sonunda R.Rüstəmov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə, həmçinin YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvlərindən Ramil Mehtiyev, Gülşən Behbud, Xaqani Səfərov, Məhi Mehtiyev, Mayıl Əliyev və digərləri çıxış ediblər.
Çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.