Seçki-2024
Abşeronluların seçimi bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Faiq Xudayevin Abşeron rayonunun Masazır kəndində seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, YAP yüksək nüfuza malik aparıcı siyasi qüvvədir. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb, seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Faiq Xudayev görüşdə ölkəmizdə vətəndaşlara dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, gələcək hədəf və perspektivlərdən, xalqın YAP-a yüksək inam və etimadından danışıb. Bildirib ki, qarşıdan gələn parlament seçkiləri xalqın arzularının ifadəsi, gələcək hədəflərin başlanğıcı olacaq. Qeyd olunub ki, bu baxımdan partiyanın bu seçkilərdə parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
Seçicilər 1 sentyabr seçkilərə gələrək YAP namizədi F.Xudayevə səs verəcəklərini vurğulayıblar.