YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Azərbaycanın gələcəyini düşünən gənclərin seçimi Yeni Azərbaycan Partiyasıdır”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Göygöl şəhərində gənc seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev gənclər siyasətinin Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın daha xoşbəxt gələcəyini təmin edir: “Həyata keçirilən məqsədyönlü siyasət mütərəqqi düşüncəli, intellektual, sağlam əqidəli Azərbaycan gəncliyinin formalaşmasına və  inkişafına hədəflənib”.

Deputatlığa namizəd Kamran Bayramov əvvəlcə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını qeyd edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin əsasının qoyulmasıdır: “Bu gün gənc nəslin xalqımıza məxsus zəngin milli-mənəvi dəyərlər əsasında - yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir”.

Görüşdə çıxış edən seçicilər - Dünyəvi Rəhimova, Zeynal Hüseynov, Babək Alzamanov, Oruc Həsənov və digərləri uğurlarımızın davamı naminə parlament seçkilərində  YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. “Daim irəliyə baxan və gələcəyi düşünən  gənclərin seçimi Yeni Azərbaycan Partiyasdır”, - deyə vurğulanıb.

Qeyd edək ki, Kamran Bayramov Göygöl rayonunun Quşqara, Səmədli, Nadil və Əlimədədli  kəndlərində də seçicilərlə görüşüb.