YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Azərbaycan uğurlu gələcəyə inamla addımlayır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı  Xətai ikinci  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş  Mixail Zabelinin YAP Xətai rayon təşkilatının qərargahında   seçicilərlə  görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon  təşkilatının sədr müavini Vüqar Hüseynov ölkəmizin  ictimai-siyasi həyatında aparıcı rol oynayan  Yeni Azərbaycan Partiyasının 1 sentyabr-növbədənkənar parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla” devizi altında qatıldığını önə çəkərək bildirib ki, partiya hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir.  Yarandığı gündən xalqın partiyası kimi nüfuz qazanan YAP Azərbaycanın uğurlu gələcəyinə davamlı töhfələri ilə diqqətdədir.

Deputatlığa namizəd Mixail Zabelin YAP keçdiyi çətin və şərəfli yoldan geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının hər bir təşəbbüsü, qərarı, atdığı addımlar Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir. YAP zəngin ənənələrə malik olan partiyadır. Partiyanın seçki platformasında əksini tapan uğurlarımız və hədəflərimiz böyük səylərə, birliyə və həmrəyliyə çağırışdır. 

Mixail Zabelin  seçiciləri seçkilərdə fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən namizədin vəkili Firdovsi Cahangirov, seçicilərdən Regina Kovalyova və Nizami Kəngərli  qalib və bütövləşən  Azərbaycanın uğurlarından bəhs ediblər.

Çıxış edənlər seçiciləri seçkilərdə daha yüksək fəallıq nümayiş etdirməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar. 

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Mixail Zabelinin  məhəllə görüşləri də  keçirilib.