Seçki-2024
Azərbaycanın hər bir uğurunda YAP-ın rolu var
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Soğanverdilər, Birinci Qaradəmirçi, Əliyanlı və Hüseynbəyli kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan YAP möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. O, müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşının Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərdiyini qeyd edib.
O, deputatlığa namizəd Xanlar Fətiyev haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev Azərbaycanın hərtərəfli inkişafının, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapmasının xalq-iqtidar birliyinin göstəricisi olduğunu vurğulayıb. O, geniş təbəqələrin nümayəndələrinin bu seçkidə yenə də YAP-ın namizədlərinin yanında olacaqlarına və onların qələbələrini təmin edəcəklərinə inandığını ifadə edib.
Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova çıxış edərək, qalib Azərbaycanımızın bundan sonra daha da inamla irəliyə doğru addımlayacağını, möhtəşəm uğurlara imza atacağını ifadə ediblər.
Çıxış edən seçicilər Mirzəli Quliyev, Həqiqət Babayeva, Akif Ələsgərov, Tofiq Nəcəfov, Məzahir Bədəlov, Ədalət Teymurov, Lətifə Hüseynova, Zahir Süleymanov, Rəhim Əliyev, Nizami Hüseynov YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki deputatlığa namizəd Xanlar Fətiyev şəhid Xudayar Yusifzadə və şəhid Asif Abışovun adına olan bulaq kompleksinin önünə gül dəstələri qoyulub, şəhid Asif Abışovun məzarı ziyarət edilib. Namizəd həmçinin Birinci Qaradəmirçi kənd sakini Elşən Quliyevin, Hüseynbəyli kəndində Rəsul Şəfiyevin, Böyük Qəcər kəndində qazi İlqar Asif oğlu Səfərovun evində fərdi görüşlər keçirib, Bala Qəcər kəndində şəhid Baxış İlqar oğlu Rəhimlinin, Qasımbəyli kəndində şəhid Elzamin Sakit oğlu Mirzəyevin ailəsində olub, seçiciləri ilə görüşüb.