Seçki-2024
Xalqın inamının növbəti ifadəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 13 saylı Xəzər ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cəlahir Əliyevin YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov “Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq” -deyə vurğulayıb.
Çıxış edən deputatlığa namizəd Əliyev Cəlahir seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Daha sonra YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Bayramova, gənc fəallar Həsənli Səkinəxanım, Nigar Cəlilova, Fidan Əsədzadə, Ələkbər Novruzov, Oqtay Aslanov da çıxış ediblər. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıblar və bildiriblər ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.
Natiqlər uğurlarımızın davamı naminə seçiciləri sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.