YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Vətənə xidmət nümunəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradovun seçicilərlə görüşü keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, ölkəmizin ictimai həyatının bütün sahələrində yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Bu baxımdan parlament seçkilərində YAP-ın qələbəsi labüddür”.

Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqaməti məhz insan amili, vətəndaşların yüksək rifahıdır. Vurğulanıb ki, müasir dövlətçilik tariximizin zirvəsini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər, eləcə də ötən il keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpası təşkil edir.

Görüşdə təşviqat qrupunun üzvləri Mürsəl Həmidov və Murad Hüseynov seçiciləri Heydər Əliyev siyasi kursunun davamına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə səs verməyə çağırıblar.

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.