YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonunun Mollahəsənli, Alaxançallı, Çıraqlı  kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, partiya yarandığı gündən öz siyasi xəttinə və Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təstiqləyib.

Çıxış edən deputatlığa namizəd Kamran Bayramov bildirib ki, bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir: “Ölkəmizin bugünkü qüdrətini məhz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yürütdüyü müdrik siyasətə borcluyuq”.

Görüşlərdə partiya fəalları Nizami Bayramov, Murad Tağıyev, Rasim Alıyev və başqaları çıxış edərək seçiciləri ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd K.Bayramov Daşkəsən rayonunun Bayan kəndində Qərbi Azərbaycanın Amasiya seçki dairəsindən VIII çağırış (1970-1974) SSRİ Ali Sovetinin deputatı olmuş 88 yaşlı İlyas Alıyevlə də görüşüb.

Seçici İlyas Alıyev də ölkəmizin və xalqımızın parlaq gələcəyi naminə YAP-ın namizədinə səs verəcəyini bildirib.