YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Böyük Qayıdışın ilk sakinləri YAP-ın namizədini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun  Zəngilan rayonu Ağalı kəndində yaşayan seçicilərlə görüşü keçirilib.

Tədbirdən əvvəl Zəngilan şəhər Şəhidlər Xiyabanı  ziyarət olunub, şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov partiyanın ölkəmizin tarixində mühüm rolundan bəhs ediblər. Bildirilib ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması kimi möhtəşəm tarixi hadisədən sonra yeni reallıqlar yaranıb.

Daha sonra deputatlığa namizəd İmamverdi İsmayılov çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib.  O bildirib ki, tarixi Zəfərimizə yol açan uğurlarımızda YAP-ın  böyük rolu var: “Bu gün qürur və iftixarla Heydər Əliyev yolunun Müzəffər davamçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəyliyə çevrilir-Böyük Qayıdış prosesi uğurla həyata keçirilir”.

İ.İsmayılov deputat seçiləcəyi halda öz üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyinə söz verib.

Tədbirdə həmçinin Rahilə Almuradova,  Sahil Aslanlı, Afət Hüseynova, Ənvər Quliyev, Möhübbət Səmədov və başqaları çıxış edərək seçiciləri qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

 Qeyd edək ki, İ.İsmayılov Ağalı kəndində olarkən qubadlılı seçiciləri ilə görüşüb.