YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Azərbaycan cəmiyyəti YAP-ın uğurlu fəaliyyətini təqdir edir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Etibar Quliyevin YAP Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ölkədə vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəsləyirlər, xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir: “YAP Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir”.

Deputatlığa namizəd Etibar Quliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla inkişaf edir: “Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdığını təsdiqləyir”.

Seçki qərargahının üzvləri Səadət Məmmədova, Əfsanə Əkbərova və digərləri öz çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar. “Azərbaycan cəmiyyəti Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətini təqdir edir”, - deyə vurğulanıb.