Seçki-2024
Yeni uğurlara doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Qusar rayonu, Kuzun, Zindan, Muruq və Cağar kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi prinsip və hədəflərin xalq tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb. İqtidarın apardığı siyasətin alternativsiz olduğunu qeyd edən D.İbramxəlilov parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə şanslarını yüksək dəyərləndirib.
Deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, qarşıdan gələn seçkilərdə YAP-ın platforması birmənalı şəkildə ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, insan kapitalına, sağlam mənəvi düşüncəli nəsillərin yetişməsinə hesablanıb: “Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolunu keçərək böyük uğurlara imza atıb. Bütün bu amillərə görə parlament seçkilərində YAP-ın qələbəsinə inam artmaqdadır”.
Görüşdə çıxış edən seçicilər yeni hədəflərə nail olmaq üçün YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.