Seçki-2024
Gələcəyin partiyasına dəstək olaq!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçünçü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi möhtəşəm uğurlar diqqət mərkəzindədir: “Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmizin qarşısında yeni imkanlar açır. Yeni dövrə qədəm qoyan Azərbaycan yeni hədəflərini müəyyənləşdirir. Yeni Azərbaycan Partiyasının seçkilərə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə qatılması qarşıdakı dövrün hədəflərinin təqdimatıdır”.
Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında seçiçilərə məlumat verib.
Deputatlığa namizəd P.Vəliyeva Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, tarixi nailiyyətlərə imza atılıb.
Deputatlığa namizəd seçiçiləri parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü, şəhid atası Meyvəddin Ramaldanov, namizədin nümayəndəsi Cəsarət Hüseynzadə, seçicilər Filurə Məşədiyeva, Qərənfil Təmirova, Elçin Muxtarlı və Eldar Məsimov bildiriblər ki, xalq YAP-ın gələcəyinə böyük əminliklə baxır.
Qeyd edək ki, deputatlığa namizəd Pərvanə Vəliyeva Azərbaycanın Milli Qəhramanı Çingiz Qurbanovun ailəsini və Afiyəddin Cəlilov küçəsində yaşayan Vətən müharibəsi qazisi Mehman Zaməddinovu da ziyarət edib.
Namizəd, həmçinin rayonunun Aşıq Qurban küçəsində yaşayan bir qrup seçici ilə görüşüb. Görüşdə sakinlər adından çıxış edən Yaşar Yusifovun və Validə Ağalarovanın təklif və müraciətləri dinlənilib. Seçicilər Pərvanə Vəliyevaya dəstəklərini ifadə edərək, YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.