YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların davamı naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki,  partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu, milli maraqları müdafiə edən siyasəti ilə  hər bir hədəfə  zamanında nail olur: “Düzgün strategiya Azərbaycanı regionda söz sahibi edib. Bu dəfə də Yeni Azərbaycan Partiyasının seçki platformasında milli maraqlar və xalqın rifah halının yaxşılaşdırılması prioritetdir”.

Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov  YAP-ın sınaqlardan üzüağ çıxmasından, daim Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar atmasından danışıb.

M.Məmmədov ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycanın qalib dövlət olaraq tarixinin ən qürurlu və qüdrətli dövrünü yaşadığını bildirib. O, əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu deyib.

M.Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıb.