YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bütün hədəflərə birlikdə nail olacağıq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Qızılhacılı qəsəbəsində  Qızılhacılı qəsəbə, Aşağı Ballıqaya, Balakürd kənd seçiciləri və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində Naftalan şəhər  seçicilər ilə görüşü keçirilib.

Görüşdən əvvəl Qızılhacılı qəsəbəsindən olan şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yeni zirvələr fəth edir: “Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb, qalib və qüdrətli dövlət kimi tanınır. Bu, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”.

Görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov isə qeyd edib ki, müasir Azərbaycan reallığı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi - cənab İlham Əliyev yerinə yetirdi. Çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir”.

Çıxış edən deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, daim müstəqil Azərbaycanın qüdrətinin artırılması istiqamətində uğurlu fəaliyyət göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və qələbələr qazandığını söyləyib. “İndi qarşımızda növbəti mühüm hədəflərin gerçəkləşdirilməsi məqsədi durur. Biz birlikdə bütün hədəflərə nail olacaq, yeni qələbələrə imza atacağıq!”, - deyə vurğulanıb.

Tədbirdə, həmçinin Goranboy rayonu üzrə təşviqat qrupunun üzvü Yeganə Məmmədova, qərargah üzvü Gündüz Hacıyev,  Naftalan şəhəri üzrə təşviqat qrupunun üzvləri Fuad Zamanov və Ramil Bayramov çıxış ediblər. Qeyd olunub ki,  YAP yarandığı gündən bugünə qədər zəngin siyasi yol keçib, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynayıb.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Daha sonra deputatlığa namizəd B.Bədəlov Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan ziyalılar, ağsaqqallar və şəhid ailələri ilə səmimi söhbət aparıb.