YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP ölkəmizə yeni uğur və qələbələr qazandıracaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın rayonun Mirzəxan-Qaraqoyunlu, Cumalar, Türkmən və Gərənə kəndlərində seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin adı - dahi şəxsiyyətin məqsədyönlü və uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır.

Deputatlığa namizəd Fatma Yıldırım vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılan uğurlar - hazırkı reallıqlar Heydər Əliyev yolunun alternativsizliyini, Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir. “Ulu Öndərimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ölkəmizə yeni uğur və qələbələr qazandıracaqdır”, - deyə vurğulanıb.

Görüşlərdə təşviqat qrupunun üzvləri - şəhid anaları Mehparə Qəribova və Radə Qurbanova, seçicilər Zenfira Rüstəmova, Müşfiq Əliyev, Elşən Abdullayev, şəhid anası Şərqiyə Cəfərova, Vətən müharibəsi iştirakçısı Məhəmməd Yusifzadə, Cavid Musayev, İsrayıl Fətəliyev, Tofiq Ramazanov və digərləri çıxış edərək YAP-ın ümumxalq partiyası kimi ölkəmizin inkişafında mühüm rol oynadığını bildiriblər.

Qeyd edək ki, Fatma Yıldırım rayonun M.Cəfərov küçəsində şəhid Mahir və Tahir Cəfərov qardaşlarının, Kafarlı kəndində şəhid Sadiq Əliyevin, Mirzəxan kəndində şəhid Əkbər Mustafayevin ailələrini ziyarət edib.