Seçki-2024
Qaradağda seçicilərlə görüş davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynov rayonun bir neçə qəsəbəsində seçicilərlə görüşlər keçirib.
Deputatlığa namizəd Aydın Hüseynov Qaradağ rayonu Qobustan qəsəbə sakini, Qobustan Ağsaqqallar Şurasının sədri Allahverdi Məmmədovu evində ziyarət edərək 77 yaşı tamam olması münasibəti ilə onu təbrik edib.
Daha sonra deputatlığa namizəd Aydın Hüseynov Qaradağ rayonu Sahil qəsəbə sakini, uzun müddət neft sənayesi sahəsində çalışmış Nailə Səfərova ilə görüşüb.
Həmçinin, təbliğat və təşviqat mərhələsi çərçivəsində deputatlığa namizəd Aydın Hüseynovun təşviqat qrupunun üzvləri rayonun bir neçə qəsəbəsində sakinlərə YAP-ın seçki platformasını əks etdirən bukletlər paylayıblar.