YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Vacib və şərəfli missiya

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Qaradağ rayonu, Sahil qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Deputatlığa namizəd Aydın Hüseynov uzun illər təhsil sahəsində çalışmış, hazırda təqaüddə olan Şahsənəm İbrahimovanı evində ziyarət edib. Daha sonra A.Hüseynov Sahil qəsəbəsinin bir neçə küçəsində məhəlli görüşlər keçirib.

Aydın Hüseynov görüşlərdə ölkəmizdə vətəndaşlara dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, gələcək hədəf və perspektivlərdən, xalqın Yeni Azərbaycan Partiyasına yüksək inam və etimadından danışıb.  Bildirib ki, qarşıdan gələn parlament seçkiləri xalqın arzularının ifadəsi, gələcək hədəflərin başlanğıcı olacaq. Qeyd olunub ki, bu baxımdan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.

Görüşlərdə seçicilərin arzu və istəkləri dinlənilib.

Seçicilər sentyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.