YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarixi missiya

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Bakı şəhəri, Müşfiqabad qəsəbəsində məskunlaşmış Ağdam rayonundan olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını bildirib.

Deputatlığa namizəd Elman Məmmədov görüş zamanı müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.

E.Məmmədov seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.