Seçki-2024
Xalqın ali məqsədi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayonu, Aranlı kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyası yüksək nüfuza malik aparıcı siyasi qüvvədir. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb, seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, YAP səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfə verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.
Təşviqat qrupunun üzvü Ziya Paşayev və digərləri bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyasıdır. Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində YAP-ın namizədlərinin inamlı qələbə qazanacağına əminlik ifadə olunub.
Seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.