YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlar məqsədyönlü siyasətin nəticəsidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Ramid Namazovun Abşeron rayonu, Saray qəsəbəsində seçicilərlə növbəti görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  islahatlar kursu ölkəmizin bütün sferaları üzrə hərtərəfli inkişafı təmin edib: “Bu gün ölkəmizdə hamı sülh və əmin-amanlıq şəraitində yaşayır. Qazanılan uğurlar dövlətin məqsədyönlü siyasətinin nəticəsidir”.

Deputatlığa namizəd Ramid Namazov çıxışında qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları əsasında böyük tərəqqi yolu keçib. Qeyd edib ki, bu,  haqq yoludur və bizi ilbəil uğurlu hədəflərə  çatdırır.

R.Namazov seçiciləri dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Görüşdə  çıxış edən  təşviqat qrupunun üzvləri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Təyubə Hüseynova, Nübar Ələkbərova və seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklər.