YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu inkişaf yolunda

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Yergüc və Hülövlü, eyni zamanda ətraf kəndlərin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçdiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını deyib. Parlament seçkilərinin ölkəmizin gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Deputatlığa namizəd Ağalar Vəliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.  O bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları ölkəmizi sosial-iqtisadi tərəqqiyə aparıb. Tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Görüşdə təşviqat qrupunun üzvləri Emil Tağıyev, Rəddin Məmmədov, Sevinc Abbasova, Məhəbbət Zeynalova, Piral Rəhimov, Dərgah Abbasov, Telman Təravət və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Daha sonra deputatlığa namizəd seçicilərlə məhəlli görüşlər də keçirib.