YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Heydər Əliyev siyasətinə sədaqətimizi səsimizlə sübut etməliyik”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həcər Mirzəyevanın seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli xahişi ilə ölkəmizdə hakimiyyətə qayıdışından sonra hüquqi, demokratik dövlət quruculuğu sahəsində ciddi islahatlar həyata keçirildi: “Bu gün Azərbaycan həmin siyasi strategiyanın məntiqi davamı olaraq inkişaf edir və daha da qüdrətlənir. Güclü, müstəqil, qalib bir dövlətin vətəndaşları olaraq biz hər zaman Ümummilli Liderə və şəhidlərimizə borcluyuq”.

Çıxış edən deputatlığa namizəd Həcər Mirzəyeva partiyanın seçki platforması barədə məlumat verərək qeyd edib ki, YAP-ın seçki platformasında bütün sahələr əhatə olunub: “Hazırda dünyada gedən proseslərin əsas hissəsi olaraq ekoloji tarazlığın pozulması, iqlim dəyişikliyi, iqtisadi və siyasi qüdrətimizin daha da artırılması, əhalinin sosial-məişət məsələlərinin həlli və s. nəzərdə tutulan fəaliyyət istiqamətlərinin hər biri burada öz əksini tapıb”.

Görüş iştirakçılarından Elçin Mustafayev, Səadət Hüseynova və digərləri çıxış ediblər. Qeyd olunub ki, bugünkü müasir və inkişaf yolunda qətiyyətlə addımlayan Azərbaycana baxdıqca qürurlanmamaq mümkün deyil: “Bu uğurları bizlərə bəxş edən Ulu Öndər Heydər Əliyev siyasətinə sədaqətimizi səsimizlə sübut etməliyik”.

Seçicilər çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.