YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa  namizədliyi irəli  sürülmüş Səməd Seyidovun Fərəhli kəndində seçicilərlə  görüşü  keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü  ilə  açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev YAP-ın yarandığı gündən qatıldığı bütün seçkilərdə qazandığı qələbələrdən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən əsası  qoyulan və   bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən, möhtəşəm qələbələrdən geniş bəhs edib.

Rayon təşkilatının sədri seçiciləri 1 sentyabrda YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə  çıxış edən deputatlığa   namizəd   Səməd  Seyidov YAP-ın seçki platforması haqqında seçicilərə geniş məlumat verərək,  bu gün müstəqil Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, həm də beynəlxalq aləmdə böyük nüfuza, güclü iqtisadiyyata, müstəqil siyasətə və qüdrətli orduya malik bir ölkə kimi tanınmasından ətraflı bəhs edib. Deputatlığa namizəd ölkəmizin əldə etdiyi bütün uğurların  ölkə başçısı tərəfindən aparılan məqsədyönlü siyasətin fonunda baş verdiyini xüsusi vurğulayıb.     

S.Seyidov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın siyasətinə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin  inam və etimadını layiqincə doğruldacağına  söz verib.

Görüşdə təşviqat qrupunun üzvləri İsgəndər Qurbanov, Barat Alıyev,  Pəri İbrahimova, Vaqif Nəsibov, Elxan Abdullayev və  digərləri çıxış edərək seçiciləri YAP-ın namizədi Səməd Seyidovu dəstəkləməyə çağırıblar. 

Çıxış edən seçicilər də öz növbəsində  Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.