YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Goranlı kəndində Kürəkçay qəsəbəsi və Goranlı kəndindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşləri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, tarixi inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.

Deputatlığa namizəd  Bədəl Bədəlov isə qeyd edib ki, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən mayakdır. Dövlət müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan 1993-cü ildən bu günədək  dünyanı heyrətləndirən uğurlara imza atıb. Namizəd vurğulayıb ki, tarixi zəfərimiz bu uğurların zirvəsində dayanır.

Tədbirdə təşviqat qrupunun üzvləri - Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, şəhid Orxan Namazovun anası Nailə Məmmədova, şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, İbrahim Həsənov, Sakit Məmmədov, Əzra Həşimova, Yeganə Məmmədova və qərargah üzvü Gündüz Hacıyev çıxış edərək deyiblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsi kimi yüksək nüfuz qazanıb. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər isə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Bədəl Bədəlov Goranlı kəndində Vətən müharibəsi şəhidi İxtiyar İlqar oğlu Əliyevin ailəsini ziyarət edib.

Bədəl Bədəlov həmçinin YAP Goranboy rayon təşkilatının qərargahında qadın seçicilərlə də görüş keçirib.