Seçki-2024
Yeni zəfərlər naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərərgahında, eləcə də rayonun Şiştəpə və İrmaşlı kəndlərində seçicilərlə görüşü keçirib.
Görüşlərdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının gördüyü işlər, Prezident, partiya Sədri İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin xalqımızı Yeni Azərbaycanla yeni hədəflərə doğru inamla, uğurla aparmasından danışıb. F.Vəliyev seçki marafonuna “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan partiyanın yüksək səviyyədə təşkil olunan təbliğat-təşviqat kampaniyası barədə məlumat verib.
Daha sonra çıxış edən deputatlığa namizəd Nurlan Həsənov ölkəmizin hərtərəfli inkişaf etməsindən və insanların rifah halının gündən günə yaxşılaşmasından bəhs edib. N.Həsənov qeyd edib ki, Azərbaycan işıqlı və parlaq gələcəyə doğru inamla addımlayır. O vurğulayıb ki, yeni dövr Azərbaycana yeni uğurlar vəd edir.
Görüşdə çıxış edən seçicilər 1 sentyabr növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.