YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Arzular reallığa çevriləcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın YAP Sumqayıt təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb. O, YAP-ın qarşıdan gələn parlament seçkilərində qələbə qazanacağına inamını ifadə edib. 

Təşkilat sədri seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan YAP-ın namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platformasından bəhs edib. M.Vəliyeva hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən danışıb. O, YAP-ın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb.

M.Vəliyeva çıxışında şəhid ailərinə və qazilərimizə dövlət qayğısından danışıb, onlara böyük ehtiram bəsləndiyini vurğulayıb.

Tədbirdə, həmçinin şəhid atası Sovet Şükürov, görüş iştirakçısı Ofeliya Babayeva və digərləri çıxış ediblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Şəhidlərin ailə üzvləri 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Mehriban Vəliyeva seçicilərlə fərdi və Sumqayıt şəhəri, 8-ci mikrorayonda yaşayan bir qrup seçici ilə də görüşlər keçirib.