Seçki-2024
Uğurlarla zəngin şərəfli yol
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynovun YAP Nəsimi rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər, müharibə veteranları ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının xalqımız qarşısında xidmətlərdən danışıb. Rayon təşkilatının sədri partiyamızın parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını bildirib.
Daha sonra o, deputatlığa namizədi Xaliq Hüseynov barəsində seçicilərə məlumat verib.
Xaliq Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı zəfər, torpaqlarımızın erməni vandalizminin əsarətindən qurtarmasında göstərdiyi rəşadət, əsgər və zabitlərin şücaətindən danışıb.
Qeyd olunub ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın hər yerində şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır.
X.Hüseynov çıxışında seçiciləri 1 sentyabr tarixində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.