Seçki-2024
Ümumxalq partiyasına səs verək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Quliyevin YAP Yasamal rayon təşkilatında X.Q.Mustafayev və N.Hikmət küçələrində yaşayan seçicilərlə görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva görüşü giriş sözü ilə açaraq deyib ki, Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası kimi tanınıb və nüfuz qazanıb. Elnarə Mustafayeva Yeni Azərbaycan Partiyasının budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacağına əminliyini bildirib. O, deputatlığa namizəd Əli Quliyev haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Quliyev Əli Dilən oğlu əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.
Əli Quliyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvləri Sahib Hüseynov, Leyla Hüseynova və Şölət Zeynalov çıxış edib. Çıxışlarda ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib. Çıxış edənlər tərəfindən davamlı inkişaf və uğurlarımız naminə seçicilərə parlament seçkilərində partiyamızın namizədinə səs verilməsi istiqamətində çağırışlar edilib.