Seçki-2024
Lənkəranlılar YAP-ın namizədinə etimad göstərəcəklər!
2024 -cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 78 saylı Lənkəran kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Kənarmeşə, Aşağı Nüvədi, Kərgəlan və Darquba seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev açaraq partiyanın ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib.
Tədbirdə çıxış edən deputatlığa namizəd Anar İsgəndərov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. A.İsgəndərov YAP-ın Azərbaycanın göstərdiyi xidmətlərdən danışıb. Namizəd qeyd edib ki, deputat seçiləcəyi təqdirdə seçicilərin bütün təklif və müraciətlərini reallaşdırmaq üçün səylərini əsirgəməyəcək.
Sonra təbliğat-təşviqat qrupunun üzvləri Asif İmanlı, Mirzəhüseyn Miriyev, Kamal Mahmudov və digərləri çıxış edərək seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədini dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, Anar İsgəndərov Lənkəran rayonunun Tüədo, Gəgiran və Diryan kəndlərində də seçicilərlə görüşüb.