YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müdrik xalqımız öz xoşbəxt gələcəyinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun Salyan rayonu, Parça, Xələc və Seyidan kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov YAP-ın keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub.

O, qələbələrin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıb.

Deputatlığa namizəd Sadiq Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan YAP 32 ilə yaxın müddətdə Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir.

S.Qurbanov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq, yeni nailiyyətlərə imza atacaq.

Həmçinin, görüş iştirakçılarından şəhid ataları Salman Ələkbərov və Hacıağa Mirzəyev, Əlisahib Orucov, Vahid Mirzəyev, Mahizər Sultanova, Əfsərağa Abbasov və digərləri seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd S.Qurbanov rayonun Gəncəli kəndində şəhid Əlisahib Ələkbərovun ailəsini ziyarət edib, Parça, Xələc və Seyidan kəndlərində fərdi görüşlər keçirib.