YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbə əzmi ilə yeni uğurlara

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayonunda şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları, eləcə də Xaçmaz kəndinin seçiciləri ilə  görüşü keçirilib.

Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub.

O, deputatlığa namizəd Eyvaz Qurbanovun haqqında seçicilərə məlumat verib, qələbələrin davamı naminə sentyabrın 1-də keçiriləcək parlament seçkilərində seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir: “Ölkəmizdə bütün sahələrdə islahatlar aparılır. Azərbaycan iqtisadiyyatı böyük templə inkişaf edir, ölkəmiz daha da qüdrətlənir”.

Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Nazim Hüseynli, İlkin Lətifov, Emin Cəfərov, Təranə Zəkəriyyəyeva, Aynurə Səfərova qeyd ediblər ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir.

Öz növbəsində çıxış edən seçicilər Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anası Aqubət İbrahimova, atası Nəriman İbrahimov, şəhid atası Arif Məmmədov, Oğuz rayonu Xaçmaz kənd ağsaqqalı Aydın Mehralızadə, Xaçmaz kənd sakini Ramiz Abdulqədirov və digərləri 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.