YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Reallıqlardan irəli gələn hədəflər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonu, Qarayusifli kəndində və YAP Bərdə rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımzın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Ümummilli Lider Heydər Əliyevin uğurlu islahatlarını böyük əzmlə davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə inkişaf etmiş, demokratik norma və prinsipləri mənimsəmiş cəmiyyətin formalaşmasına nail olduğunu bildirib.

Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev bildirib ki, ölkəmiz və onun əsas siyasi qüvvəsi olan YAP parlament seçkilərinə dərinləşən islahatlar kursu və onun ciddi nəticələri ilə gedir. O, qeyd edib ki, bu islahatların təşəbbüskarı və müəllifi Prezident İlham Əliyevdir. 

Görüşlərdə təşviqat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova qalib Azərbaycanın bundan sonra daha da inamla irəliyə doğru addımlayacağını, möhtəşəm uğurlara imza atacağını ifadə ediblər.

Seçicilər Rəfail Xəlilov, Feyruz Cəlilov, Aytən İsmayılova və Almaz Məmmədova seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Xanlar Fətiyev Qarayusifli kəndində şəhidlərin xatirəsinə salınmış abidə kompleksini və mülki şəhid Aybəniz Əşrəf qızı Əhmədovanın ailəsini ziyarət edib.