YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın yüksəlişi naminə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov partiyanın seçki kampaniyası barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a inamının və dəstəyinin növbəti ifadəsi olacaq.

Tədbirdə çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd bildirib ki, bu gün Azərbaycan tarixdə özünün ən böyük yüksəliş dövrünü yaşayır: “Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün uğurla davam etdirilən genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına, xalqımızın milli mədəni irsinin və mənəvi dəyərlərinin qorunmasına, ümumilikdə Azərbaycanın yüksəlişinə xidmət edir”.

Əli Əhmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbir iştirakçılarından Ramil Mehdiyev, Sialə Rüstəmova, Röyal Nəsibov, Aysel Məmmədova, Sədaqət Vəliyeva və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə çağırış ediblər.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsi şəhidi Toğrul Natiq oğlu İsayevin ailəsini ziyarət edib, müxtəlif ünvanlarda fərdi və məhəlli görüşlər keçirib.