YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafın zirvəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun YAP Astara rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb. O, cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasətçi, qətiyyəli Lider olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan bütün sahələr üzrə böyük inkişafa nail olub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, beləliklə regionda yeni reallıqlar yaranıb.

Deputatlığa namizəd Rəşad Mahmudov çıxışında Prezident İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. Qeyd edib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

Tədbir iştirakçılarından Vüqar Abbasov, Adil Rzayev, Fəranə Fikrət, Zeynəb Qarayeva seçiciləri fəal olmağa və 1 sentyabrda seçki məntəqələrinə gedərək səsvermədə iştirak etməyə çağırıblar.

Seçicilər parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.