YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Uğurlarımız davamlıdır!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin YAP Xızı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev qeyd edib ki, sistemli və davamlı xarakter daşıyan siyasi, hüquqi və sosial-iqtisadi islahatlar Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün edib.

Deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, müasir dövrdə müstəqil Azərbaycan dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir: “Bütün digər sahələrlə yanaşı, sosial siyasət sahəsində də islahatlar davamlı xarakter daşıyır və əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulub”.

Görüş iştirakçılarından Sərvaz Rüstəmov, Ümman Rüstəmli və Əzət Qarayeva seçkilərin önəminə diqqət çəkərək seçiciləri fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar. “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizə tarixi nailiyyətlər qazandıracaq. Uğurlarımız davamlıdır!”, - deyə vurğulanıb.