YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“YAP xalqın iradəsini ifadə edir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü   seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş  Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov qeyd edib ki, Azərbaycan uğurlu siyasəti ilə  hər bir hədəfə  zamanında nail olur: “Tarixi Zəfərimizin - ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının seçki platformasında qazandığımız uğurlarla yanaşı, qarşıda duran əsas hədəflər də əksini tapıb”.

Deputatlığa namizəd Pərvanə Vəliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası sınaqlardan şərəflə çıxıb, daim Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar atıb: “Son 30 ildə əldə olunan uğurlar göz qabağındadır. Bütün sahələrin inkişafı təmin edilib. Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının ardıcıl olaraq və zamanında həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması qarşıda duran başlıca hədəflərdir”.

Tədbirdə təşviqat qrupunun üzvləri Mirfaiq Mirheydərli, Elnarə Zeynalova, Meyvəddin Ramaldanov və namizədin vəkili Rafael Soltanov çıxış edərək seçiciləri fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar. “YAP daim milli maraqlarımızı qoruyur və xalqın iradəsini ifadə edir”, - deyə vurğulanıb.