Seçki-2024
Böyük inkişaf yolu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun YAP Şərur rayon təşkilatının qərargahında ziyalılar və ağsaqqal seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev Yeni Azərbaycan Partiyasının yüksək nüfuza malik aparıcı siyasi qüvvə olduğunu diqqətə çatdırıb. Bildirib ki, YAP milli maraqları daim üstün tutur və ölkəmizin inkişafında müstəsna rol oynayır.
Çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Həmçinin Z.Əsgərov Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına verdiyi töhfələrdən, qazanılan uğurlardan bəhs edib. Vurğulayıb ki, Azərbaycan bölgənin lider dövlətidir, ən böyük uğurumuz ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasıdır.
Ziyafət Əsgərov deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbir iştirakçılarından Mirhüseyn Seyidov, Əli Nəcəfov, Nizami Əliyev, Nüsrət Həsənov və Əli İsmayılov YAP-ın bu seçkilərdə də xalqın dəstəyi ilə inamlı qələbə qazanacağını qeyd ediblər.
Sonda Ziyafət Əsgərov seçicilərin suallarını cavablandırıb.