YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəf yeni qələbələr qazanmaqdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Yeni Suraxanı qəsəbəsində küçələrində seçicilərlə növbəti görüşləri keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Salman Əbdülov qeyd edib ki, hazırda qarşıda duran başlıca məqsəd yeni qələbələrə nail olmaqdır. O, vətəndaşları seçki prosesində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Sevinc Fətəliyeva çıxışı zamanı hazırda Azərbaycanın Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəlilədiyini qeyd edib. O bildirib ki, bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkəmiz güclü dövlətə çevrilib.

Sevinc Fətəliyeva sonda seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak etməyə dəvət edib.

Görüşdə təşviqat qrupunun üzvləri - Suraxanı rayonu Ağsaqqallar Şurasının sədri Arif Babayev, qəsəbə sakinləri Fikrət Tağıyev  və digərləri çıxış ediblər. Sakinlər çıxışlarında YAP-ın daima xalqın mənafeyindən çıxış etdiyini və seçiləcək namizədlərin ölkəmizə mühüm nailiyyətlər qazandırmağa davam edəcəyini söyləyiblər.