YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sağlam gələcək, xoşbəxt cəmiyyət...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 7 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Qarayevin Səbail rayonu, Badamdar Mədəniyyət evində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə təmin edib: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət kursu 2003-2024-cü illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu istiqamətdə əldə olunan uğurlar Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqi nəticələridir. Buna görə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıram”.

Çıxış edən deputatlığa namizəd Əhliman Qarayev bildirib ki, Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır: “Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır”.

Ə.Qarayev çıxışında seçiciləri parlament seçkilərində fəal olmağa və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə, həmçinin görüş iştirakçılarından Təranə Kərimova, Arzuman Muradlı, Xanlar İmaməliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi tanınır və ölkəmiz tərəfindən böyük enerji layihələri uğurla icra olunur.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Səbail rayonunda digər bir sıra görüşlər də keçirib, şəhid ailələlərini ziyarət edib.