YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclərin seçimi dəyişməzdir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 76 saylı Lənkəran - Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadənin Lənkəran rayonunun Separadi kəndində idmançılar və gənc seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermis şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Deputatlığa namizəd Cavanşir Paşazadə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. O vurğulayıb ki, ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirilir: “Bu sahədə Dövlət proqramlarının uğurla icra olunması, kadr islahatları çərçivəsində gənclərə etimad göstərilməsi və digər addımlar cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin inkişafı, onların ölkəni beynəlxalq müstəvidə təmsil etməsi baxımından əhəmiyyətə malikdir”.
Deputatlığa namizəd idmaçıları və gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Çıxış edən idmaçılar və gənc seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. “Gənclərin seçimi dəyişməzdir!”, - deyə bildirilib.
Qeyd edək ki, Cavanşir Paşazadə Lənkəran rayonunun Liman şəhəri və Üzümçülük qəsəbəsində Şəhid ailələrini və məzarlarını ziyarət edib.