YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Daha firavan və xoşbəxt gələcəyə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin Cavadxan qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.

Tədbirdə Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətdən və əldə etdiyimiz böyük nailiyyətlərdən geniş bəhs edib: "Ölkəmizdə həyata keçirilən düzgün və məqsədyönlü siyasət sayəsində xalqımız firavan və xoşbəxt gələcəyə doğru inamla addımlayır".

Deputatlığa namizəd Musa Quliyev YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib: "Fəxr edirik ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu qüruru bizə yaşadan Ali Baş Komandanımız və qəhrəman şəhidlərimiz, hərbçilərimizdir”.

Təşviqat qrupunun üzvləri Hüseyn Budaqov, Amil Əliyev, Əlimuxtar Muxtarov və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər öz növbəsində 1 sentyabr seçkilərində xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.