Seçki-2024
Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelin seçicilərlə növbəti görüşünü keçirib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Hər bir uğurda payı olan Yeni Azərbaycan Partiyası seçki platformasında bu uğurları və onların əsasında hədəfləri təqdim edir.
Çıxış edən deputatlığa namizəd Mixail Zabelin YAP-ın cəmiyyətdə artan nüfuzundan və bunu şərtləndirən amillərdən danışıb. Qeyd edib ki, Ümummilli Liderin bu günə və gələcəyə hesablanan inkişaf strategiyası qalib, bütövləşən Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq.
Deputatlığa namizəd seçiciləri səsvermə hüquqlarından istifadə edərək layiqli namizədlərə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatı üzrə Təşviqat Qrupunun üzvləri- Mürvət Əsgərov və Vətən müharibəsi qazisi Xəyyam Fərzəliyev, namizədin vəkili Firdovsi Cahangirov bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandıran YAP-ın zəngin ənənələrindən, prinsiplərindən bəhs ediblər. Qeyd ediblər ki, YAP-a xalqın sevgisi şəksizdir.
Çıxış edənlər zəfərlərimizin davamı naminə seçiciləri parlament seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd M.Zabelinin seçicilərlə məhəllə görüşü də keçirilib.