YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər YAP-ın mövqeyini dəstəkləyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilib. Bildirib ki, YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf və rifah partiyası kimi tanınır”.

Orxan Əhmədov seçiciləri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Naqif Həmzəyev bu gün Azərbaycanda görülən işlərdən, bütün sahələrdə əldə olunan uğurlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününün deyil, gələcək inkişaf perspektivlərinin zəmanətidir.

Təşviqat qrupunun üzvləri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Onlar seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Seçicilər də partiyanın mövqeyini dəstəklədiklərini bildirib, 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd N.Həmzəyevin seçicilərlə məhəlli görüşləri də keçirilib.