Seçki-2024
Qubalılar YAP-ın namizədinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə Quba rayonunun Qalaxudat və Xınalıq kənd seçicilərilə görüşüb.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə görüşdə çıxış edərək YAP tərəfindən namizədliyinin irəli sürülməsinə görə, partiyanın rəhbərliyinə minnətdarlığını bildirib. O, müstəqil respublikamızda dövlətçiliyin qurulmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında və xalqımızın rifahının getdikcə yaxşılaşmasında YAP-ın müstəsna xidmətlərini konkret faktlarla şərh edib. Qeyd edib ki, partiya xalqa əvəzsiz xidmətləri ilə ölkəmizdə digər siyasi qüvvələrə nümunə olduğunu konkret işi və nailiyyətləri ilə təsdiqləyib.
Görüş iştirakçılarından Laçın Səfərəliyev, Ramiz Həmzəyev və başqaları çıxış edərək ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasətindən, ölkəmizin inkişafından, insanların rifah halının yaxşılaşmasından, sosial paketin daima həyata keçirilməsindən, ölkə vətəndaşlarına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Çıxış edən seçicilər də öz növbəsində Ə.Məhərrəmzadəyə səs verəcəklərini qeyd ediblər.