YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəflər reallıqlardan irəli gəlir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlahə Abdullazadənin Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin akt zalında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Z.Cəfərov bildirib ki, Prezident İlham Əliyev hər zaman xalqın arzu və istəklərini bütün incəliyinə qədər duyan həssas siyasətçi kimi zamanın tələb etdiyi vəzifələri müəyyənləşdirir və həll edir: “Azərbaycanın dünyada həm yeni imicinin formalaşmasında, həm də uğurlu gənc dövlət kimi beynəlxalq etimad qazanmasında cənab İlham Əliyevin möhtəşəm infrastruktur layihələrinin həlledici rol oynadığı danılmazdır. İndi hər bir azərbaycanlı müasir, çiçəklənən Azərbaycanla fəxr edir, qürur duyur”.

O, deputatlığa namizəd İlahə Abdullazadə haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd İlahə Abdullazadə  Yeni Azərbaycan Partiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə etməsindən bəhs edib. O, bildirib ki, bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır: “Müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən cənab İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır. Bu mənada fəxarət doğuran məqamlardan biri də cənab İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik Lider kimi qəbul olunmasıdır”.

İlahə Abdullazadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Çıxış edən seçicilər də sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.