YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İşıqlı gələcəyə səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Hacıqabul, Şirvan və Sabirabad rayonlarında məskunlaşmış seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəyinə inamını ifadə edib. Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin fəaliyyəti ərzində ölkəmizin qazandığı uğurlar Azərbaycanı dünyada hörmət edilən, söz sahibi olan dövlətə çevirib.

Deputatlığa namizəd Ceyhun Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O, qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası 32 ilə yaxın müddətdə Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir.

C.Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Qeyd edib ki, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Dahi Lider Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

O, deputat seçiləcəyi halda ona göstərilən inam və etimadı doğrultmağa çalışacağına söz verib.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.