YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafın Azərbaycan modeli

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhər Heydər Əliyev prospektinin, Nizami və İslamzadə küçələrininin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur: “Prezident İlham Əliyevin ötən dövrdə irəli sürdüyü əsas hədəflər sırasında qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi əsas yer tutur. Bunun üçün qarşıdan gələn parlament seçkilərində YAP-ın qələbəsi labüddür”.

Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, uğurlar gələcək üçün böyük stimuldur: “Təbii ki, hər bir uğur böyük səylərin, ən əsası düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu seçib və bu istiqamətdə mühüm addımlar atır. Reallıq budur ki, demokratiya təcrübəsi nümunə kimi  göstərilir, öyrənilməsinin vacibliyi qeyd edilir”.

Aydın Mirzəzadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə təşviqat qrupunun üzvləri Rövşən Əhmədov, Ədalət Quliyeva, Rizvan Mikayıllı, görüş iştirakçılarından Gülnar Hidayətova və digərləri çıxış ediblər. Qeyd olunub ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə davamlı inkişafa, zəngin təcrübənin əldə olunmasına gətirib çıxarıb.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.