YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrə yeni uğurlarla

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 69 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elməddin Əliyevin Zəhmətabad kəndində seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Samir Ağayev xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan danışaraq qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə qatıldığını diqqətə çatdıraraq partiyanın hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirib.

Deputatlığa namizəd Elməddin Əliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasına nail olub. Namizəd budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.  O, seçiciləri 1 sentyabrda fəal olmağa, seçki məntəqələrinə gələrək layiqli namizədə səs verməyə çağırıb.

Seçicilərdən Talıbağa Talıbov, şəhid atası Ağaqulu Tağıyev, Sübhü Əliyev və digərləri çıxış edərək qazanılan tarixi nailiyyətlərin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə dəvət ediblər.